Maryam surəsi, ayə 58

19:58

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩ ٥٨

Ulā'ikal-ladhīna an'amallāhu 'alayhim minan-nabiyyina min dhurriyyati ādama wamimman hamalnā ma'a nūhin wamin dhurriyyati ibrāhīma wa isrā'īla wamimman hadaynā wajtabaynā idhā tutlā 'alayhim āyātur-rahmāni kharrū sujjadan wabukiyyā

Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyətindən, İbrahimin və İsrailin zürriyyətindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.

Təfsir

Bu surədə Zəkəriyyədən başlayıb İdris - aleyhiməssəlam - ilə bitən adı çəkilən hər kəs Adəmin - aleyhissəlam - və Nuhla - aleyhissəlam - bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, həmçinin, İbra­hi­min və Yəqubun - aleyhiməssəlam - İslama müvəffəq etdiyimiz kimsələrin nəs­lin­də gələn Allahın peyğəmbərliklə nemətləndirdiyi kim­sə­lər­dir. Onlar Allahın ayə­ləri oxunduğunu eşitdikdə Allah qorxusundan ağlayaraq səc­dəyə qapanırdılar.