وَوَهَبۡنَا لَهُۥ مِن رَّحۡمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيّٗا ٥٣
Wawahabnā lahū mir rahmatinā akhāhu hārūna nabiyyā
Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.
Təfsir
Biz Musaya olan rəhmətimizdən və nemətimizdən dolayı qardaşı Harunu - aleyhissəlam - da peyğəmbər etdik. Bu, Rəbbindən qardaşının da peyğəmbər olmasını dilədiyi zaman duasına olan icabət idi.