قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا ٤٦
Qāla arāghibun anta 'an ālihatī yā'ibrāhīmu la il lam tantahi la arjumannaka wahjurnī maliyyā
(Atası) dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
Təfsir
Azər, oğlu İbrahimə - aleyhissəlam - belə dedi: "Ey İbrahim! Sən mənim ibadət etdiyim bütlərimdən üzmü çevirirsən?! Əgər bütlərimi təhqir etməyə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol, mənimlə danışma və mənimlə bir yerdə olma!"