Maryam surəsi, ayə 38

19:38

أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٣٨

Asmi' bihim wa absir yawma ya'tūnanā lākiniz-zālimūnal-yawma fī dalālim mubīn

Onlar Bizim hüzurumuza gələcəkləri gün nə yaxşı eşidəcək, nə yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.

Təfsir

Qiyamət günü onlar elə yaxşı eşidə­cək, elə də yaxşı görə­cək­lər! Amma o zaman nə eşitməkləri, nə də ki, görməkləri onlara heç bir fayda verməyəcəkdir. Lakin zalımlar dünya həyatında haqq yoldan açıq-aydın azmışlar. Onlar günah işlər görməklə özlərinə zülm etməyə davam edib, Qiyamət saatı onlara anidə gələnə qədər axirət həyatına hazırlaşmazlar.