Maryam surəsi, ayə 17

19:17

فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا ١٧

Fattakhadhat min dūnihim hijāban fa arsalnā ilayhā rūhanā fatamatthala lahā basharan sawiyyā

və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.

Təfsir

Məryəm, Rəbbinə ibadət etdikdə qövmü onu görməməsi üçün özü ilə onlar arasında bir pərdə tutmuş­du. Biz Cəb­raili - aleyhissəlam - onun yanına göndərdik. Cəb­raili - aleyhissəlam - da Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu. Bu zaman Məryəm bu kimsənin ona bir zərər verəcəyindən qorxdu.