وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا ١٤
Wabarrā biwālidayhi walam yakun jabbāran 'asiyyā
Ata-anasına qarşı da qayğıkeş idi; lovğa və asi deyildi.
Təfsir
Həm də o, ata-anasına qarşı qayğıkeş, nəvazişkar və onlara lütf, mərhəmət və yaxşılıq edən biri idi. O, Rəbbinə və ata-anasına itaət etməkdə təkəbbürlük edən, həmçinin, Rəbbinə və ata-anasına asi olan bir kimsə deyildi.