يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا ١٢
Yāyahyā khudhil-kitāba biquwwatin wa ātaynāhul-hukma sabiyyā
(Yəhyaya da:) “Ey Yəhya! Kitabdan (Tövratdan) möhkəm yapış!”– (deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik.
Təfsir
Nəhayət Yəhya dünyaya gəlib, xitab ediləcək yaşa çatdıqda, Biz ona: "Ey Yəhya! Tövratdan ciddi və möhkəm bir şəkildə yapış!" – dedik. Biz ona uşaq ikən düzgün anlayış, elm, təmkin, qətiyyət bəxş etdik.