أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٥
Ulā'ika 'alā hudam mir rabbihim wa ulā'ika humul-muflihūn
Onlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır.
Təfsir
Bu xislətləri özlərində əks etdirən kimsələr öz Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. İstədiklərinə nail olmaqla və qorxduqlarından uzaq olmaqla uğur qazananlar da məhz onlardır.