۞ وَمَن يُسۡلِمۡ وَجۡهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحۡسِنٞ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰۗ وَإِلَى ٱللَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ ٢٢
Waman yuslim wajhahū ilallāhi wahuwa muhsinun faqadistamsaka bil-'urwatil-wuthqā wa ilallāhi 'āqibatul-umūr
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən kəs ən möhkəm dəstəkdən yapışmış olar. İşlərin sonu Allaha qayıdır.
Təfsir
Kim öz ibadətini ixlasla Allaha yönəldər və yaxşı işləri də Onun rizası üçün edərsə, nicat tapmaq üçün ən möhkəm ipdən yapışmış olar və tutduğu ipin qırılacağından qorxmaz. Bütün işlərin sonu tək Allaha qayıdar və O, hər kəsə layiq olanı (mükafatını və ya cəzasını) verər.