وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ ١٣
Wa idh qāla luqmānu libnihī wahuwa ya'izuhū yābunayya lā tushrik billāhi innash-shirka lazulmun 'azīm
Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!”
Təfsir
Ey Peyğəmbər! Bir zaman Loğman öz oğlunu xeyirli işlərə təşviq edib, şər işlərdən çəkindirərkən söylədiklərini xatırla: “Oğlum! Allahla yanaşı başqasına ibadət etmə! Çünki Allaha yanaşı başqa məbuda ibadət etmək, nəfsə qarşı böyük zülmdür! Böyük zülmü etmək isə sahibini əbədi olaraq Cəhənnəm atəşinə düçar edir.”