هَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ ١١
Hādhā khalqullāhi fa arūnī mādhā khalaqal-ladhīna min dūnihī baliz-zālimūna fī dalālim mubīn
Bunlar Allahın yaratdıqlarıdır. İndi siz Mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər.
Təfsir
Bu zikr edilənlər Allahın yaratdıqlarıdır. İndi siz, ey müşriklər, mənə göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz nə yaradıblar? Xeyr! Zalımlar haqdan uzaq açıq-aydın azğınlıq içindədirlər. Onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan şeyləri Rəbbinə şərik qoşurlar.