Ibrahim surəsi, ayə 27

14:27

يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡقَوۡلِ ٱلثَّابِتِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّٰلِمِينَۚ وَيَفۡعَلُ ٱللَّهُ مَا يَشَآءُ ٢٧

Yuthabbitullāhul-ladhīna āmanū bil-qawlith-thābiti fil-hayawātid-dunyā wafil-ākhirati wayudillullāhuz-zālimīna wayaf'alullāhu mā yashā'

Allah iman gətirənləri həm dünya həyatında, həm də axirətdə möhkəm sözlə (şəhadət kəlməsi ilə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) azdırar. Allah istədiyini edər.

Təfsir

Uca Allah möminləri tam bir iman ilə ölənə qədər həm dünya həyatında, həm bərzəx aləmində qəbirlərində sorğu-sual zamanı, həm də, Qiyamət günü tövhid kəliməsi üzərində sabit saxla­yar. Uca Allah Ona şəirk qoşan və Ona küfr edən zalımları haqq yoldan azdırar. Allah Öz ədaləti ilə istədiyi kimsəni zəlalətə salar və lütfü ilə də istədiyini hidayətə qovuşdurar. Bu işdə uca Allahı kimsə məcbur edə bilməz.