۞ قَالَتۡ رُسُلُهُمۡ أَفِي ٱللَّهِ شَكّٞ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَدۡعُوكُمۡ لِيَغۡفِرَ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرَكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۚ قَالُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ ١٠
Qālat rusuluhum afillāhi shakkun fātiris-samāwāti wal-ardi yad'ūkum liyaghfira lakum min dhunūbikum wayu'akkhirakum ilā ajalim musamman qālū in antum illā basharum mithlunā turīdūna an tasuddūnā 'ammā kāna ya'budu ābā'unā fa tūnā bisultānim mubīn
Peyğəmbərləri (onlara) dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər (sizə ölüm gələnədək) möhlət vermək üçün sizi (imana) çağırır”. Onlar dedilər: “Siz də bizim kimi bir bəşərsiniz. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.
Təfsir
Elçiləri onlara cavab olaraq belə dedilər: "Məgər Allahın vəhdaniyyətində və Onun tək ibadətə layiq olmasında şəkk-şübhə varmı? O, göyləri və yeri yaradan və onların hər ikisinidə misilsiz olaraq yoxdan var edəndir. Allah, keçmiş günahlarınızı bağışlamaq və dünya həyatındakı əcəlinizi tamamlamanız üçün əvvəlcədən müəyyən edilmiş vaxt gəlib çatana qədər sizi Özünə iman etməyə çağırır. Qövmləri elçilərə belə dedilər: "Siz də bizim kimi bir bəşər övladısınız. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Siz bizi atalarımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz. Elə isə bizə, özünüzün həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğunuza dəlalət edən açıq-aydın bir dəlil gətirin!".