وَأُتۡبِعُواْ فِي هَٰذِهِۦ لَعۡنَةٗ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِۚ بِئۡسَ ٱلرِّفۡدُ ٱلۡمَرۡفُودُ ٩٩
Wa utbi'ū fī hādhihī la'natan wayawmal-qiyāmati bi sar-rifdul-marfūd
Onları həm burada (dünyada), həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır!
Təfsir
Dənizdə boğularaq həlak olmaları ilə yanaşı uca Allah bu dünya həyatında onları lənətə düçar edib Öz rəhmətindən qovub uzaqlaşdırmış və Qiyamət günündə də Öz rəhmətindən qovub uzaqlaşdıracaqdır. Onların həm dünyada, həm də axirətdə lənətə düçar olub, əzaba məruz qalmaların necə də pisdir!