Hud surəsi, ayə 87

11:87

قَالُواْ يَٰشُعَيۡبُ أَصَلَوٰتُكَ تَأۡمُرُكَ أَن نَّتۡرُكَ مَا يَعۡبُدُ ءَابَآؤُنَآ أَوۡ أَن نَّفۡعَلَ فِيٓ أَمۡوَٰلِنَا مَا نَشَٰٓؤُاْۖ إِنَّكَ لَأَنتَ ٱلۡحَلِيمُ ٱلرَّشِيدُ ٨٧

Qālū yāshu'aybu asalawātuka ta'muruka an natruka mā ya'budu ābā'unā aw an naf'ala fī amwālinā mā nashā'u innaka la antal-halīmur-rashīd

Onlar (istehza) ilə dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?! Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.

Təfsir

Şueybin qövmü ona belə dedi: "Ey Şueyb! Atala­rı­mızın ibadət etdikləri bütlərdən, mallarımı­zı istə­diyimiz kimi isti­fa­də et­məkdən və onu istədiyimiz kimi artırmaqdan əl keçməyimizi sənə na­mazınmı əmr edir? Doğru­dan da, sən yum­şaq xasiyyət­li­sən, ağıllı bir insansan. Biz səni bu dəvətindən əvvəldə ağıllı və hikmətli bir insan kimi tanıyırdıq. İndi sənə nə oldu belə?!"