۞ وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ وَلَا تَنقُصُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَۖ إِنِّيٓ أَرَىٰكُم بِخَيۡرٖ وَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ مُّحِيطٖ ٨٤
Wa ilā madyana akhāhum shu'ayban qāla yāqawmi'budullāha mā lakum min ilāhin ghayruhū walā tanqusul-mikyāla wal-mīzāna innī arākum bikhayrin wa innī akhāfu 'alaykum 'adhāba yawmim muhīt
Mədyən qövmünə də qardaşları Şueybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadətə layiq olan) məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir (bolluq) içində görürəm. Bununla belə sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram.
Təfsir
Biz Mədyən qövmünə qardaşları Şueybi peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. İnsanlar üçün ölçüb çəkdiyiniz zaman ölçünü və çəkini əskik etməyin. Mən sizi bolluq və firavanlıq içində yaşadığınızı görürəm. Allahın sizə bəxş etdiyi bu nemətləri günah edərək dəyişdirməyin. Mən sizin üçün heç kəsin qaçıb canını qurtara bilməyəcəyi, əksinə, hər şeyi bürüyən bir günün əzabından qorxuram. O gün siz, qaçmaq və sığınmaq üçün heç bir yer tapa bilməyəcəksiz.