قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَءَاتَىٰنِي رَحۡمَةٗ مِّنۡ عِندِهِۦ فَعُمِّيَتۡ عَلَيۡكُمۡ أَنُلۡزِمُكُمُوهَا وَأَنتُمۡ لَهَا كَٰرِهُونَ ٢٨
Qāla yāqawmi ara'aytum in kuntu 'alā bayyinatim mir rabbī wa ātānī rahmatam min 'indihī fa'ummiyat 'alaykum anulzimukumūhā wa antum lahā kārihūn
(Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona (inanmağa) məcburmu edəcəyik?
Təfsir
Nuh onlara dedi: "Ey qövmüm! Bir mənə deyin görüm, əgər Rəbbimdən mənim doğru olduğuma şahidlik edən, sizin də məni təsdiqləmənizi vacib edən açıq-aydın bir dəlilə istinad edirəmsə və Allah da mənə peyğəmbərlik və risalət olan rəhmət bəxş edibsə və bu, sizin cahilliyinizə görə sizə gizli qalıbsa, bu zaman biz sizi iman etməyə məcbur edib, qəlbinizə zorla imanmı salacağıq?! Bizim buna gücümüz yetməz. İmana müvəffəq edən yalnız Allahdır".