فَلَعَلَّكَ تَارِكُۢ بَعۡضَ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَضَآئِقُۢ بِهِۦ صَدۡرُكَ أَن يَقُولُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ كَنزٌ أَوۡ جَآءَ مَعَهُۥ مَلَكٌۚ إِنَّمَآ أَنتَ نَذِيرٞۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٌ ١٢
Fala'allaka tāriku ba'da mā yūhā ilayka wadā'iqu bihī sadruka an yaqūlū lawlā unzila 'alayhi kanzun aw jā'a ma'ahū malakun innamā anta nadhīrun wallāhu 'alā kulli shay'in wakīl
(Ey Muhamməd) Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi qoruyandır.
Təfsir
Ey Peyğəmbər! Bəlkə də sən, müşriklərin Allahın ayələrinə qarşı küfr və inadkarlıq etmələri və bu ayələr haqqında yalnış düşüncələri səbəbi ilə: "Kaş ki, ona göydən bir xəzinə nazil edilib, onu zəngin edərdi, yaxud onu təsdiq edən özü ilə bir mələk gələrdi" – deməkləri üzündən bu ayələrə əməl etməyin müşriklərə çətin olduğuna görə Allahın sənə təbliğ etməyi əmr etdiyi ayələrdən bəzisini tərk edəcəksən və ya qəlbin bu ayələri təbliğ etməkdən daralacaq! Sən buna görə Allahın sənə nazil etdiyi ayələrin bəzisini təbliğ etməyi tərk etmə. Çünki sən ancaq Allahın əzabı ilə qorxudan və Allahın sənə vəhy etdiyini insanlara təbliğ edənsən. Onların ayələr barədə düşündüklərini həyata keçirmək sənin vəzifən deyil. Allah isə hər şeyi qoruyandır.