فَأَمَّا ٱلَّذِينَ شَقُواْ فَفِي ٱلنَّارِ لَهُمۡ فِيهَا زَفِيرٞ وَشَهِيقٌ ١٠٦
Fa ammal-ladhīna shaqū fafin-nāri lahum fīhā zafīrun washahīq
Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada zarıyacaq və bağıracaqlar.
Təfsir
Küfr və fasiq əməllərinə görə bədbəxt olanlara gəlincə, onlar Oda daxil olacaqlar. Onlar Cəhənnəmin atəşinin şiddətindən zarıyıb, bağıracaqlar.