Fussilat surəsi, ayə 43

41:43

مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدۡ قِيلَ لِلرُّسُلِ مِن قَبۡلِكَۚ إِنَّ رَبَّكَ لَذُو مَغۡفِرَةٖ وَذُو عِقَابٍ أَلِيمٖ ٤٣

Mmā yuqālu laka illā mā qad qīla lir-rusuli min qablika inna rabbaka ladhū maghfiratin wadhū 'iqābin alīm

(Ey Peyğəmbər!) Sənə deyilənlər, səndən əvvəlki elçilərə deyilənlərdən (sehribaz, yalançı, məcnun və s. bu kimi sözlərdən) başqa bir şey deyildir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, şiddətli cəza verəndir.

Təfsir

Ey Peyğəmbər, səni təkzib etmək üçün sənə nə deyilirsə, (bil ki,) səndən əv­vəlki el­çi­lə­rə də bunun eynisini demişdilər. Sən səbir et! Həqi­qə­tən, sənin Rəb­bin Öz qullarından ona tövbə edən kimsələri ba­ğış­layandır, həmçinin, günah işlər görməkdə israrlı olub tövbə etməyən kimsələrə də, ağrılı-acılı cəza ve­rən­dir.