وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٣٩
Wamin āyātihī annaka taral-arda khāshi'atan fa idhā anzalnā 'alayhal-mā'ahtazzat warabat innal-ladhī ahyāhā lamuhyil-mawtā innahū 'alā kulli shay'in qadīr
Yer üzünü qupquru görməyin də Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır (müxtəlif növ bitkilər yetişdirər). Şübhəsiz ki, onu canlandıran (Allah), ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.
Təfsir
Allahın əzəmətinə, vəhdaniyyətinə və ölüləri dirltməyə qadir olduğuna dəlalət edən dəlillətrdəndir ki, sən yer üzünün qupquru olduğunu, orada heç bir bitki olmadığını görürsən. Biz onun üzərinə yağış endirdikdə isə, içindəki toxumların cücərməsindən dolayı o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, o ölü torpağı bitkilərlə dirildən Allah, ölüləri də hökmən dirildib, haqq-hesaba çəkilmələri və etdikləri əməllərin əvəzini almaq üçün məhşərə toplayacaq. Həqiqətən, O, hər şeyə qadirdir. O, nə ölü torpağı canlandırmaqdan, nə də ölüləri dirildib qəbirlərindən çıxartmaqdan acizdir.