فَأَمَّا عَادٞ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَقَالُواْ مَنۡ أَشَدُّ مِنَّا قُوَّةًۖ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَهُمۡ هُوَ أَشَدُّ مِنۡهُمۡ قُوَّةٗۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ١٥
Fa ammā 'ādun fastakbarū fil-ardi bighayril-haqqi waqālū man ashaddu minnā quwwatan awalam yaraw annallāhal-ladhī khalaqahum huwa ashaddu minhum quwwatan wakānū bi'āyātinā yajhadūn
Ad (qövmünə) gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmədilərmi?! Onlar ayələrimizi inkar edirdilər.
Təfsir
Hud peyğəmbərin qövmü Ada gəlincə, onlar Allaha küfr etməklə yanaşı yer üzündə haqsızcasına təkəbbür göstərib özlərinin ətrafındakılara zülm etdilər və öz qüvvələrinə aldanıb dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Onların iddiasına görə onlardan güvvətlisi yox idi. Allah onlara cavab verərək belə buyurdu: "Məgər onlar bilmirdilər və görmürdülər ki, onları yaradan və onlara bu qədər güvvət verən Allah onlardan daha qüvvətlidir?! Onlar Hudun (aleyhissəlam) gətirdiyi ayələri - Allahın ayələrini inkar edirdilər.