إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمۡ عَدُوّٞ فَٱتَّخِذُوهُ عَدُوًّاۚ إِنَّمَا يَدۡعُواْ حِزۡبَهُۥ لِيَكُونُواْ مِنۡ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ٦
Innash-shaytāna lakum 'aduwwun fattakhidhūhu 'aduwwan innamā yad'ū hizbahū liyakūnū min ashābis-sa'īr
Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən qəbul edin. O öz tərəfdarlarını Cəhənnəm əhli olmağa çağırır.
Təfsir
Ey insanlar, həqiqətən də, şeytan sizin əbədi düşməninizdir, siz də ona qarşı müharibə etməklə onu düşmən qəbul edin. Şeytan öz ardıcıllarını Allaha küfr etməyə dəvət edir ki, onların hamısının axırı, qiyamət günü yandırıb-yaxan atəşə girmək olsun.