وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٤
Wa in yukaddhibūka faqad kuddhibat rusulum min qablika wa ilallāhi turja'ul-umūr
Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.
Təfsir
Ey Peyğəmbər, əgər qövmün səni yalançı hesab etsə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk elçi deyilsən. Səndən əvvəl də, Ad, Səmud və Lut tayfaları kimi ümmətlər özlərinə göndərilmiş elçiləri yalançı hesab etmişdi. Bütün işlər təkcə Allaha qaytarılacaqdır. Allah haqqı yalan sayanları məhv edəcək, peyğəmbərlərinə və möminlərə isə qələbə bəxş edəcək.