إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ ٢٩
Innal-ladhīna yatlūna kitāballāhi wa aqāmus-salawāta wa anfaqū mimmā razaqnāhum sirran wa'alāniyatan yarjūna tijāratal lan tabūr
Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər zərər olmayacaq bir ticarətə ümid edirlər ki,
Təfsir
Allahın Öz rəsuluna nazil etdiyi Kitabını oxuyub içindəkilərə əməl edən, namazı ən gözəl şəkildə qılan və özlərinə verdiyimiz ruzidən gizli və aşkar zəkat və s. verən kimsələr, bu əməllərinin müqabilində, Allah yanında səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər.