مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢
Mmā yaftahillāhu lin-nāsi mir rahmatin falā mumsika lahā wamā yumsik falā mursila lahū mim ba'dihī wahuwal-'azīzul-hakīm
Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Hər bir şeyin açarı Allahın əlindədir. Allahın insanlara bəxş etdiyi ruzinin, hidayətin, səadətin və s. bu kimi nemətlərin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, yenilməz qüdrət sahibidir, üstəlik, yaratmaq, hər şeyin müqəddəratını əzəldən müəyyən etmək və işləri idarə etmək xüsusunda Hikmət sahibidir.