لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٦٣
Llahū maqālīdus-samāwāti wal-ardi walladhīna kafarū bi'āyātillāhi ulā'ika humul-khāsirūn
Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər, məhz onlar ziyana uğrayanlardır!
Təfsir
Göylərdə və yerdə olan xeyir xəzinələrinin açarları yalnız Ondadır. Dilədiyinə ondan verər, dilədiyini də ondan məhrum edər. Allahın ayələrinə küfr edənlər - məhz onlar, dünya həyatlarında iman gətirməkdən məhrum olmaq, axirətdə də əbədi olaraq Cəhənnəm oduna daxil olmaqla, ziyana uğrayanlardır.