وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ ٦٠
Wayawmal-qiyāmati taral-ladhīna kadhabū 'alallāhi wujūhuhum muswaddatun alaysa fī jahannama mathwal lil-mutakabbirīn
Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər təkəbbürlülər üçün Cəhənnəmdə yer yoxdur?!
Təfsir
Sən qiyamət günü Allaha şərik qoşmaq və Ona övlad nisbət etməklə Ona qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Bu, onların bəxbəxt olduğunu göstərəcək. Məgər Allaha və Onun rəsuluna iman gətirməyə təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! Əlbəttə ki, onlar üçün orada qərar tutacaq yer vardır.