لَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ ١٦
Lahum min fawqihim zulalum minan-nāri wamin tahtihim zulalun dhālika yukhawwifullāhu bihī 'ibādahū yā'ibādi fattaqūn
Onların üstündə oddan təbəqələr, altında da (oddan) təbəqələr olacaqdır. Allah qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!
Təfsir
Onların üstündə və altında tüstü, alov və istilik olacaq. Allah Öz qullarını bu zikr edilən əzabla qorxudur. Ey qullarım, Mənim əmrlərimi yerinə yetirib qadağan etdiyim əməllərdən çəkinməklə Məndən qorxun!