وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٨٧
Wala'in sa'altahum man khalaqahum layaqūlunnallāhu fa annā yu'fakūn
Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!
Təfsir
Əgər onlardan: "Sizi kimi yaradıb?" – deyə soruşsan, onlar mütləq: “Bizi Allah yaradıb!”– deyəcəklər. Bu etirafdan sonra Allaha ibadət etməkdən necə üz döndərirlər?!