لَقَدۡ جِئۡنَٰكُم بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَكُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ٧٨
Laqad ji'nākum bil-haqqi walākinna aktharakum lil-haqqi kārihūn
Biz sizə haqqı gətirdik, lakin sizin çoxunuz haqqı xoşlamadı.
Təfsir
Biz sizə dünyada ikən içində heç bir şəkk-şübhə olmayan haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı.