يَٰعِبَادِ لَا خَوۡفٌ عَلَيۡكُمُ ٱلۡيَوۡمَ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ٦٨
Yā'ibādi lā khawfun 'alaykumul-yawma walā antum tahzanūn
“Ey qullarım! Bu gün sizə qorxu yoxdur və siz (heç) kədərlənməyəcəksiniz də.
Təfsir
Allah onlara belə buyuracaq: "Ey qullarım, bu gün sizi qarşıda gözləyənlərdən ötrü heç bir qorxu yoxdur və əldə edə bilmədiyiniz dünya nemətlərinə görə də siz kədərlənməyəcəksiniz.