Az-Zukhruf surəsi, ayə 53

43:53

فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَٰٓئِكَةُ مُقۡتَرِنِينَ ٥٣

Falawlā ulqiya 'alayhi aswiratum min dhahabin aw jā'a ma'ahul-malā'ikatu muqtarinīn

Nə üçün ona qızıl bilərziklər taxılmayıb yaxud onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiqləyən) mələklər gəlməyib?”

Təfsir

Məgər onu elçi göndərən Allah, onun həqiqi elçi olduğunu bəyan etmək üçün onu qızıl bilər­ziklərlə bəzəməli, yaxud onunla bir­likdə bir-birilərini təqib edən mə­lək­lər gəlməli deyildimi?”