At-Tur surəsi, ayə 7

52:7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٞ ٧

Inna 'adhāba rabbika lawāqi'

(Ey Peyğəmbər!) Rəbbinin əzabı mütləq vaqe olacaqdır.

Təfsir

Ey Peyğəmbər! Sənin Rəbbinin əzabı hökmən vaqe ola­caqdır və bu kafirlərdən əsla yan keçməyəcəkdir.