كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٩
Kulū washrabū hanī'ā bimā kuntum ta'malūn
(Onlara belə deyiləcəkdir:) “(Dünyada ikən) etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin, için!”
Təfsir
Onlara deyiləcək: "Nəfsinizi çəkdiyi nemətlərdən nuşcanlıqla yeyin-için! Yediyiniz və içdiyiniz şeylərdən zərər görəcəyinizdən və əziyyət çəkəcəyinizdən ötrü əndişlənməyin. Bu nemətlər sizin dünyada etdiyiniz yaxşı əməllərin mükafatıdır.