فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ ١٨
Fākihīna bimā ātāhum rabbuhum wawaqāhum rabbuhum 'adhābal-jahīm
Rəbbinin onlara bəxş etdiyi nemətlərə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur.
Təfsir
Rəbbinin onlara bəxş etdiyi ləzzətli yemək-içməklərə, habelə, hurilərə sevinəcək və onların pak və müqəddəs Rəbbi onları Cəhənnəm əzabından xilas edəcək. Beləcə, onlar istədikləri nemətlərə nail olmaqla, habelə, çəkindikləri əzabdan qurtulmaqla uğur qazanacaqlar.