وَٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَٰٓئِكَ سَيَرۡحَمُهُمُ ٱللَّهُۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ٧١
Wal-mu'minūna wal-mu'minātu ba'duhum awliyā'u ba'din ya'murūna bil-ma'rūfi wayanhawna 'anil-munkari wayuqīmūnas-salawāta wayu'tūnaz-zakawāta wayutī'ūnallāha warasūlahū ulā'ika sayarhamuhumullāhu innallāha 'azīzun hakīm
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işləri qadağan edər, namaz qılıb, zəkat verər, Allaha və Rəsuluna itaət edərlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Mömin kişilərlə mömin qadınlar Allaha və Rəsuluna iman etdikləri üçün bir-birinin dayağı və yardımçısıdırlar. Onlar insanlara tək Allaha ibadət etməyi, namaz qılmağı və s. bu kimi Allahın sevib, razı qaldığı yaxşı işlər görməyi əmr edər, küfür, sələm və s. bu kimi Allahın qəzəbləndiyi pis əməlləri qadağan edərlər, namazı kamil şəkildə qılırlar, Allaha və Onun Elçisinə itaət edərlər. Uca Allaha belə gözəl sifətlərə sahib olan kimsələri, Öz rəhmətinə daxil edəcəkdir. Həqiqətən, Allah qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Allah xəlq etməyində, işlərində və şəri hökmlərində hikmət sahibidir.