يَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ لِيُرۡضُوكُمۡ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرۡضُوهُ إِن كَانُواْ مُؤۡمِنِينَ ٦٢
Yahlifūna billāhi lakum liyurdūkum wallāhu warasūluhū ahaqqu an yurdūhu in kānū mu'minīn
Sizi razı salmaq üçün Allaha and içirlər. Əgər mömindirlərsə, (bilsinlər ki,) Allahı və Onun Rəsulunu razı salmaları daha önəmlidir.
Təfsir
Ey möminlər! Münafiqlər yanınızda sizi özlərindən razı salmaq üçün onlar Peyğəmbərə (sallallahu aleyhi və səlləm) əziyyət verəcək heç bir söz söyləmədiklərinə dair Allaha and içirlər. Əgər onlar həqiq mömindirlərsə, bilsinlər ki, iman edib, saleh əməllər görməklə Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır.