وَمِنۡهُم مَّن يَلۡمِزُكَ فِي ٱلصَّدَقَٰتِ فَإِنۡ أُعۡطُواْ مِنۡهَا رَضُواْ وَإِن لَّمۡ يُعۡطَوۡاْ مِنۡهَآ إِذَا هُمۡ يَسۡخَطُونَ ٥٨
Waminhum man yalmizuka fis-sadaqāti fa in u'tū minhā radū wa il lam yu'taw minhā idhā hum yaskhatūn
Onlardan (münafiqlərdən) elələri də var ki, sədəqələrlə bağlı (sədəqələrin bölgüsündə) sənə nöqsan tuturlar. Əgər (sədəqədən) onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.
Təfsir
Ey Peyğəmbər! Münafiqlərdən elələri də var ki, sədəqələrin bölümü zamanı onlara istədikləri çatmadıqda sənə nöqsan tutub, eyib edirlər. Əgər istədikləri onlara verilərsə, bu zaman səndən razı qalar, əgər verilməzsə, dərhal şikayətlənərlər.