يُرِيدُونَ أَن يُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَيَأۡبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ٣٢
Yurīdūna an yutfi'ū nūrallāhi bi afwāhihim waya'ballāhu illā an yutimma nūrahū walaw karihal-kāfirūn
Onlar (kafirlər) ağızları (batil sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamaq istər.
Təfsir
Kafirlər və onlardan qeyriləri iftira ataraq və Muhammədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayaraq İslamın sonuna çıxmaq, onu məhv etmək və Allahın təkliyinə dəlalət edən açıq-aydın dəlillərin həqiqəti əks etmirmədyini isbat etmək istəyrlər. Şübhəsiz ki, Peyğəmbərin gətirdiyi haqqdır. Allah isə Öz dinini tamamlayıb, zahir edəcək və onu başqa dinlərdən üstün tutacaqdır. Allah, hətta kafirlərin xoşuna gəlməsə də delə Öz dininin tamamlamasını, onu zahir edib, başqa dinlərdən üstün tutmasını mütləq edəcəkir. Bilin ki, əgər Allah bir işin olmasını istəyərsə, kimsə onun qarşısını əsla ala bilməz.