فَإِن تَوَلَّوۡاْ فَقُلۡ حَسۡبِيَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَهُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ ١٢٩
Fa in tawallaw faqul hasbiyallāhu lā ilāha illā huwa 'alayhi tawakkaltu wahuwa rabbul-'arshil-'azīm
Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, əzəmətli Ərşin Rəbbidir!”
Təfsir
Ey Peyğəmbər! Əgər onlar səndən üz çevirib, gətirdiyin dinə iman etməsələr, bu zaman onlara belə de: "Mənə Özündən başqa ibadətə layiq olmayan tək Allah yetər. Mən yalnız Ona arxalanıram. Uca və Pak olan Allah, əzəmətli ərşin Rəbbidir!".