وَقُلِ ٱعۡمَلُواْ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ وَٱلۡمُؤۡمِنُونَۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٠٥
Waquli'malū fasayarallāhu 'amalakum warasūluhū wal-mu'minūna wasaturaddūna ilā 'ālimil-ghaybi wash-shahādati fayunabbi'ukum bimā kuntum ta'malūn
De: “İstədiyinizi edin! Allah, Onun Rəsulu və möminlər əməllərinizi görəcəklər. Siz gizli və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
Təfsir
Ey Peyğəmbər! Cihada çıxmayıb evində qərar tutan və bu əməlindən Allaha tövbə edən kimsələr de: "Günahınızın bağışlanmasına görə Allah üçün, Onu razı salan, saleh əməllər edin! Allah, Onun rəsulu və möminlər əməllərinizi görəcəklər. Sonra siz qiyamət günü hər bir şeyi bilən Rəbbinizin hüzuruna qaytarılacaqsınız, O, sizin gizlində saxladığınızı da, aşkara çıxardığınızı da bilir. Allah sizə dünyada ikən etdiyiniz əməllərinizi xəbər verəcək və hər bir kimsənin etdiyi əməlin müqabilini də verəcəkdir.