قَالَ كَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ ١٥
Qāla kallā fadhhabā bi'āyātinā innā ma'akum mustami'ūn
(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
Təfsir
Uca Allah Musaya belə dedi: "Xeyr, onlar səni əsla öldürə bilməzlər. Sən və qardaşın Harun, hər ikinizin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunuza dəlalət edən möcüzələrimizlə Firon və onun qövmünün yanına gedin! Şübhəsiz ki, Biz də Öz yardımımız və dəstəyimizlə sizlə birgəyik. Biz, sizin söylədiklərinizi və onların da sizə söylədiklərini eşidirik. Bundan heç bir şey Bizə gizli qalmaz.