As-Sajdah surəsi, ayə 16

32:16

تَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ١٦

Tatajāfā junūbuhum 'anil-madāji'i yad'ūna rabbahum khawfan watama'an wamimmā razaqnāhum yunfiqūn

Onlar (gecə namazını qılmaq üçün) yanlarını yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər.

Təfsir

Onlar gecə namazını qıl­maq üçün böyürlərini uzanıb yatdıqları yataqdan qaldı­rır, Allaha üz tutur, Onun əzabından qorxaraq və rəhmətinə ümid edərək Ona yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər.