إِنَّمَا يُؤۡمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِهَا خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ۩ ١٥
Innamā yu'minu bi'āyātinal-ladhīna idhā dhukkirū bihā kharrū sujjadan wasabbahū bihamdi rabbihim wahum lā yastakbirūn
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
Təfsir
Elçimizə nazil etdiyimiz ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara oxunarkən özlərinin Rəbbinə səcdə edib həmd-səna edərək təriflər deyirlər. Onlar heç bir halda Allaha ibadət etməyə və Ona səcdə etməyə təkəbbür göstərmirlər.