As-Saffat surəsi, ayə 99

37:99

وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ ٩٩

Waqāla innī dhāhibun ilā rabbī sayahdīn

O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.

Təfsir

İbrahim dedi: “Mən qövmümün yurdunu tərk edərək, Ona ibadət etməkdə möhkəm olmağım üçün Rəbbimə doğru ge­di­rəm. O məni dünyada və axirətdə olan xeyrə doğru yola yönəldəcəkdir­”.