As-Saffat surəsi, ayə 75

37:75

وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ ٧٥

Walaqad nādānā nūhun falani'mal-mujībūn

Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!

Təfsir

Peyğəmbərimiz Nuh (aleyhissəlam) onu yalançı sayan qövmünə bəddua edərkən Bizə dua etmişdi. Biz çağırışa necə gözəl cavab ve­­rənik! Biz onun öz qövmünün əleyhinə etdiyi duanı tez qəbul etdik.