As-Saffat surəsi, ayə 35

37:35

إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ٣٥

Innahum kānū idhā qīla lahum lā ilāha illallāhu yastakbirūn

Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir

Təfsir

Çünki dünyada o müşriklərə tovhidin tələblərini yerinə yetirmək və ona müxalif olan işlərdən uzaq olsunlar deyə: “Allah­dan başqa ibadətə layiq olan məbud yoxdur”– deyil­dikdə, haqqa boyun əyməyə təkəbbür göstərib və özlərini yüksək tutub onu qəbul etmirdilər və ona heç qulaq da asmırdılar.