As-Saffat surəsi, ayə 31

37:31

فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ٣١

Fahaqqa 'alaynā qawlu rabbinā innā ladhā'iqūn

Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq.

Təfsir

Rəbbimizin (İblisə dediyi): ﴾Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!﴿ [Sad, 85] sözü, həm bizim barəmizdə, həm də sizin barənizdə gerçəkləşdi. Elə buna görə də, biz Rəbbimizin xəbərdar etdiyi əza­bı hökmən dadacağıq.