لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٩
Lakunnā 'ibādallāhil-mukhlasīn
biz mütləq Allahın ixlaslı qulları olardıq”.
Təfsir
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.